Cəmiyyətİdman

“Qarabağ” “Molde”yə qarşı – Yenilənir

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi “Qarabağ” qrupda əsas rəqibi olan “Molde” ilə Norveçdə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir. “Qarabağ” “Molde”yə qalib gələrsə, pley-offa vəsiqəni təmin edəcək. “Molde” isə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün Ağdam təmsilçisini 2 top fərqi ilə məğlub etməlidir.

“Qarabağ”la “Molde”nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

H qrupunun digər oyununda “Hekken” (İsveç) “Bayer”i (Almaniya) qəbul edəcək. (Qol)

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00.”Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Norveç. Molde stadionu

00:00. “Hekken” (İsveç) – “Bayer” (Almaniya)

Tacxeber.com

Oxşar xəbərlər

İranın “Fərəc” kəşfiyyat xidmətinin rəis müavini öldürülüb

redaktor

“Azərbaycanda kimsə müstəqil iş qurub pul qazananda adamın başına olmazın müsibət gətirib, məhv edirlər” Altay Göyüşov

admin

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

redaktor