CəmiyyətQalmaqalŞou

“Öldürülən” Arzu Rzayev danışdı: Ayıbdır…

Ölüm xəbərimi yayanlar peşəsindən xəbəri olmayan jurnalistlərdir.

Bu barədə Kult.az-a açıqlamasında müğənni Arzu Rzayev bildirib.

“Məni bu məsələylə bağlı hətta canlı efirə də çağırıblar. Bu peşəsindən xəbəri olmayan jurnalistlərin yaydığı məlumatdır. Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən nömrəmə xaricdən nə qədər insan zəng edib. Bu xoşagəlməz xəbərləri yayanlara “ayıb olsun” deyirəm”, – o deyib.

Qeyd edək ki, bu gün “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayev vəfat edib. Lakin bir çox xəbər saytının manşetində müğənni Arzu Rzayevin fotosundan istifadə olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldunu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin