22.8 C
Bakı
10 İyun 2026 00:34
Sağlamlıq

Böyrəklərin tezliklə çökəcəyini göstərən görünməz əlamətlər – DİQQƏT

Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.

 Tacxeber.com “Medicina” ya istinadən xəbər verir ki, professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.

“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsui xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır.

Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:

– Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.

– Dəridə iynəbatırma, qaşınma hissi, ağızdan qoxu, ürəkbulanma, qusma, iştahsızlıq

Artıq böyrəklər sidik turşusu, kreatinin və fosfatları yaxşı süzmür.

– Ürək ritminin pozulması, əzələ ağrıları.

– Üz, əl, ayaqda şişkinlik

– Köpüklü sidik. Bu zülalın aktiv çxarılmasıdır.

– Təzyiqin artması, yuxu pozulması, immunitet zəifliyi, sümüklərin zəifləməsi arıqlama

Bu hallar varsa terapevt və uroloqa gedin, USM, sidik, qan, hormon analizləri verin.

Əksər hallarda bu xəstələrdə diabet başlamış olur”

Tacxeber.com

Oxşar xəbərlər

Yeməyini su ilə qarışdıranlara həkimdən XƏBƏRDARLIQ

redaktor

Ani ölümdən qabaq ortaya çıxan gözlənilməz ƏLAMƏT

redaktor

Şəkərli diabet xəstələrinin diqqətinə – Bu 4 ÜSULU sınayın

redaktor