İdman

Renat Dadaşovun komandası “Qalatasaray”ı məğlub edib

 

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunun heyətində növbəti oyununa çıxıb.

Tacxeber.com xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətdə başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

“Hatayspor” 17 xalla 9-cudur, lider “Qalatasaray”ın 31 xalı var.

Tacxeber.com

Oxşar xəbərlər

“Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər” – Qurban Qurbanov

admin

Ronaldo: “Qızıl top” şübhəsiz ki, Messiyə verilməlidir”

redaktor

Şahruddin Məhəmmədəliyev meydanı xərəkdə tərk etdi – VİDEO

admin