Siyasət

“Rusiya bu savaşda məğlub olmalıdır, hətta kimsə buna şübhə etməkdə davam edəcəksə…” – Podolyak

 

“Elitaların dəyişməsi üçün Putin rejiminin söykəndiyi həlledici miflər dağılmalıdır, bunu isə yalnız Rusiyanın məğlubiyyəti təmin edə bilər…”

Aşkarlıqları kimsənin qəbul etməməsinə və ya “məsuliyyəti gələcək nəsillərə örürürük” kimi ənənəvi oyunlar oynamaq istəməsinə rəğmən, məhz bu gün hamı anlamalıdır ki, qlobal siyasi məkanın və beynəlxalq qaydaların tam dağılmasının başlıca detonatoru Rusiyadır.

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “QORDON” nəşrindəki bloqunda yazıb.

“Rusiya problemi”ni həll etmədən, onun bütün mənalarda strateji məğlubiyyəti olmadan proqnozlaşdırılan və sabit  dünyaya dönüş mümkün olmayacaq…

Ona görə də bu gün atılacaq sadə addımlar bunlardan ibarətdir:

Birincisi, Rusiyanı dinləməyə və onun bəyanatlarına reaksiya verməyə son qoyun. Bu, həmişə yalan, feyk və zamanı udmaq üsuludur. Rusiya gerçək olan heç nəyi təklif etmir…

İkincisi, Rusiya döyüş meydanında məğlub olmalıdır, hətta bunun labüd olduğuna kimsənin şübhə etməsinə rəğmən. Bunun üçün konkret alətlər lazımdır. Bunları əldə etmək üçünsə hərbi istehsala investisiyalar lazımdır.

Üçüncüsü, Rusiya mütləq məhkəmə proseslərindən keçməli və xeyli reparasiyalar ödəməlidir. Bu, nəsillərə tarixi dərs olmalıdır. Başqa cür mümkün olmayacaq…

Və dördüncüsü, Rusiyada siyasi elita dəyişməlidir.

Yalnız bundan sonra dünyada qaydalar və hüququn bərpa olunmaq şansı olacaq.

Elitaların dəyişməsi üçün isə “Putin rejimi”nin söykəndiyi həlledici miflər dağılmalıdır. Bunu yalnız Rusiyanın məğlubiyyəti təmin edə bilər.

Deməli, məsələ yenə də Ukrayna üçün vaxtında və kifayət qədər silahın əldə edilməsindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Ekrem İmamoğlu martın 8-də İzmirdə xalq qarşısında özünü prezidentliyə namizəd kimi təqdim edib.

admin

“Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq, Yerevan isə İrəvan ola bilməz” – Manukyan ÇƏRƏNLƏDİ

admin

İranın dostu dostum, düşməni düşmənimdir – Gürcüstan

redaktor