14 C
Bakı
11 Oktyabr 2026 11:03
Dünya

İbrahim Rəisi: “Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”

 

“Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”.

“Report” xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən iclasına yola düşməmişdən əvvəl Tehranın hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin hərəkətləri ilə sözləri üst-üstə düşmür: “Bu dövlət deyir ki, müharibənin genişlənməsini istəmir. Bu məqsədlə İrana və digər ölkələrə mesaj göndərir. Lakin bu bəyanatlar rəsmi Vaşinqtonun hərəkətləri ilə uzlaşmır. ABŞ-ın əsl üzünü hər kəs görməlidir”.

İ.Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bağlı qapılar ardında…

redaktor

Trampda narsistik şəxsiyyət pozğunluğunun növbəti mövsümi kəskinləşməsi hiss olunur

redaktor

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor