
“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.
“Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
–Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir.
– Matçdan öncə “Neftçi”nin qalib gələcəyini ehtimal edənlər çox idi. Qələbə üçün nə çatmadı, nədən narazı qaldınız?
– Bilmirəm, sizə nə deyim. Amma hər zaman məqam gəlir ki, qalib gələk, bir addım da irəli gedək. Bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq.
– Adrian Mutunun “Neftçi” azarkeşlərinə hansı sözü, necə mesajı var? Onlar sizdən işıq, stimul gözləyir. Təxmini vaxt verə bilərsiz ki, işlər daha yaxşı olacaq?
