DünyaHadisə

Portuqaliyanın baş nazirinin iqamətgahında axtarış aparılır, administrasiya rəhbəri saxlanıldı

Prokurorlar litium kəşfiyyatı layihələri və hidrogen zavodunun tikintisi ilə bağlı iş çərçivəsində Portuqaliyanın baş naziri Antonio Kostanın rəsmi iqamətgahında axtarışlar aparır, beş nəfər saxlanılıb.

Bu barədə CNN Portuqaliya məlumat yayıb .
“Prokurorluğun Baş nazir Antonio Kostanın rəsmi iqamətgahında və litium kəşfiyyatı işində iştirak edən nazirliklərdə apardığı axtarışlar nəticəsində 5 nəfər saxlanılıb”, – telekanal bildirib.
Telekanalın qeyd etdiyi kimi, saxlanılanlar arasında Kosta administrasiyasının rəhbəri Vitor Eşkariya da var. Bu işdə Portuqaliyanın energetika naziri João Qalamba da ittiham olunur. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

AZAL sərnişinlərini öldürən şəxs budur: Rusiyanın cinayətkar hərbçisinin – Fotosu

redaktor

NATO qüvvələri Zəngəzura yerləşdirilir? – AÇIQLAMA

admin

Fransalı nazir Əliyevin çıxışından sonra COP29-a gəlməyəcək

admin