Dünya

Şoyqu: Onların psixoloji durumu yaxşı deyil, 5 gündə…

 

“Ukrayna ordusunun psixoloji durumu yaxşı deyil. 5 gündə 24 Ukrayna təyyarəsini vurduq”.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Şoyqu Rusiya ordusunun “Şərq” hərbi hissələri ilə görüşüb və Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

“Ukrayna ordusunun imkanları azdır. Bugünkü vəziyyət düşmənin imkanlarının getdikcə azaldığını göstərir. Son 3-4 həftədə könüllü təslim olan və ya əsir düşən Ukrayna əsgərləri ordudakı mənfi psixoloji vəziyyətindən danışır. Ukrayna çoxlu sayda döyüş təyyarəsi itirməyə başlayıb. 5 gündə 24 Ukrayna təyyarəsini vurduq.

Sizi ürəkdən təbrik edirəm. Yaxşı döyüşürsünüz və bunun belə davam edəcəyini düşünürəm”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin