Dünya

“Putinin ürəyi dayandı” xəbərinə Peskovdan REAKSİYA

 

Rusiya Prezidenti Vladimir Putinin səhhətindəki problemlər haqqında yayılan xəbərlər barədə açıqlama verilib.

Tacxeber.com xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bu informasiyaları “növbəti şayiə” adlandırıb.

“Hər şey qaydasındadır”, – deyən Putinin mətbuat katibi geniş açıqlama verməyə lüzum görməyib.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya liderinin səhhətinin pisləşdiyi bildirilib. Onun iqamətgahlarından birindəki yataq otağında yıxıldığı və təhlükəsizlik xidmətinin əməkdaşlarının Putini yerdə uzanmış vəziyyətdə gördüyü barədə xəbərlər yayılıb.

Məlumatda qeyd olunub ki, həkimlər prezidentin ürəyinin dayandığını biləndən sonra reanimasiya əməliyyatı aparıblar. Vaxtında yardım göstərilib. Prezidentin vəziyyəti stabilləşib və daimi həkim nəzarətindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin