18 C
Bakı
11 Oktyabr 2026 02:11
DünyaSiyasət

Paşinyandan Şahramanyana: “Bakının tələbidir, dərhal yerinə yetir”

Separatçı Samvel Şahramanyan Ermənistan Baş naziri Nikol Paşinyanla danışdıqdan sonra qondarma qurumu buraxıb.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, Ermənistan hakimiyyəti Şahramanyanı qondarma qurumun buraxılması haqda “fərman”ı öz təşəbbüsü ilə imzalamaqda ittiham etsə də, Baş nazir Nikol Paşinyan bundan əvvəlcədən xəbərdar olub:

“Paşinyan həmin “fərman”ın mətnini görüb, şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.

Qəzet bildirir ki, rəsmi Bakı qondarma qurumun ləğvini və silahların təhvil verilməsini tələb edəndə Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanla əlaqə saxlayıb:

“Şahramanyanın Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub. O (Paşinyan), Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor