Cəmiyyətİqtisadiyyat

Vasif Talıbovun otellərinin yeni sahibi bilindi – FOTOFAKT

“Naxçıvan Otellər Qrupu”nun baş direktoru və qanuni təmsilçisi Elgün Məmməd oğlu Məmmədov vəzifəsindən azad edilib.

Şirkətin baş direktoru vəzifəsinə Bədəlov Emil Kamal oğlu təyin edilib. O, həm də otellər qrupunun yeni qanuni təmsilçisidir.

Həmçinin, şirkətin nizamnamə kapitalı 10 manatdan 120 min manata qaldırılıb. Hazırda “Naxçıvan Otellər Qrupu” MMC-nin Naxçıvan Şəhər Vergilər İdarəsinə 145098.18 manat borcu var.

Qeyd edək ki, bir neçə gün əvvəl “Nəqşicahan Group”a məxsus olan “Saat Meydanı” MMC (“Saat Meydanı” oteli) və “Otel Qrand Naxçıvan” MMC “Naxçıvan Otellər Qrupu” MMC-yə qoşulduğunu elan edib.

Naxçıvan Muxtar Respublikasında qeydiyyata alınan bu şirkətlər daha əvvəl Ali Məclisin sabiq sədri Vasif Talıbova və onun yaxınlarının nəzarəti altında olub. (Qaynarinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Hökumət Əli Kərimlini legitim partiya sədri kimi tanımır.

admin

170 milyon da belə getdi.

admin

Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir

admin