Siyasət

Bayden Yaxın Şərqdə “iki şillə” aldı – “Europe Diplomatic”

İordaniya Kralı II Abdullahın onunla görüşməkdən imtina etməsi Amerika prezidenti Co Baydenə açıq “yumruq” oldu.

Bu barədə “Europe Diplomatic” nəşrinin jurnalisti Anna van Denski öz Youtube kanalında bildirib . O, Amerika Birləşmiş Ştatlarının rəhbərinin Yaxın Şərqə səfərinin çox “fəlakətli” olduğunu açıqlayıb.

“Mən əmin deyiləm ki, bu səyahəti ziyarət adlandırmaq olar. Axı İordaniya kralı Abdulla Baydenlə görüşdən imtina etdi. Nəzərinizə çatdırım ki, bu, əvvəllər Qəzzadan olan bir qaçqını belə qəbul etməkdən imtina etdiyini bildirən həmin siyasətçidir”, – Van Denski vurğulayıb.

Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da Amerika prezidenti ilə görüşdən imtina edib. Bu cür hərəkət Bayden üzünə “ikinci şillə” oldu. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Ermənistanda keçmiş prezident Robert Köçəryan və oğlu saxlanılıb

admin