19 C
Bakı
10 Oktyabr 2026 11:32
DünyaSiyasət

Zelenski İsrailə gəlmək istədi – Rədd cavabı aldı

Ukrayna Prezidenti Vladimir Zelenski HƏMAS-ın hücumu ilə bağlı həmrəylik əlaməti olaraq İsrailə səfər etmək istəyib. Amma ona indi bunun vaxtının olmadığı bildirilib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Hücumdan sonra Zelenski İsraillə həmrəy olduğunu söyləyərək, bu ölkənin terrorçuların hücumlarına qarşı mübahisəsiz özünümüdafiə haqqının olduğunu bildirib.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan sonra İsrail dəfələrlə Ukraynaya dəstəyini ifadə edib, amma hərbi yardım təklif etməyib, bu, Kiyev və Yerusəlim arasında diplomatik gərginliyə səbəb olub.

“İsrail Suriyada böyük hərbi varlığa malik Moskva ilə qarşı-qarşıya gəlməyə cəsarət etmədi”, – məqalədə deyilir. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor