Dünya

İsrail Qəzzaya su və işıq vermək üçün şərt qoydu

İsrail Qəzzaya su və işıq vermək üçün şərt qoydu 

HƏMAS qruplaşması bütün əsirləri azad etməyənədək İsrail Qəzza sektoruna işıq və su verilişini bərpa etməyəcək.

Tacxeber.comxəbər verir ki, İsrailin energetika naziri İsrael Kats bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Əsir götürülən İsrail vətəndaşları azad edilməyənə qədər Qəzza sektoruna nə işıq, nə su, nə də yanacaq daxil olmayacaq. Humanitar addımlar qarşılıqlı olmalıdır. Heç kəs bizə əxlaq dərsi keçməsin”, – deyə İsrael Kats bildirib.

Türkiyənin “Takvim” qəzeti yazır ki, say dəqiq bilinməsə də, HƏMAS-ın azı 150 israillini əsirlikdə saxladığı ehtimal olunur.

Oktyabrın 7-də HƏMAS hərəkatının İsrail ərazilərinə hücumlarına cavab olaraq yəhudi dövləti Qəzza sektoruna elektrik, su, və yanacaq verilməsini tam dayandırıb. Son məlumata görə, döyüşlər və bombardmanlar nəticəsində 1,5 min israilli və 1,2 min fələstinli həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin