Dünya

Azərbaycan əyalətlərində xərçəngdən ölüm halları artdı

 

İranın Qərbi Azərbaycan, Şərqi Azərbayan və Ərdəbil əyalətlərində mədə-bağırsaq xərçənginin geniş yayılması bu xəstəliyə görə ölənlərin sayına ciddi təsir edib.

Axar.az xəbər verir ki, bunu İran Mədə-bağırsaq Endoskopiya Dərnəyinin rəhbəri Kamran Bagiri Lənkərani deyib.

Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəngdən həyatını itirir. Bu göstəricinin böyük hissəsi Azərbaycan əyalətlərinin payına düşür. Həmçinin, son 30 ildə ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.

Səhiyyə sistemi mütəxəssisləri İranda xərçəngdən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya müdafiə naziri Pentaqona təcili zəng etdi

admin

Netanyahu iranlıları barrikadalara çağırır  onlara su və azadlıq vəd edir

redaktor

Əkrəm İmamoğlu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

redaktor