20 C
Bakı
10 Oktyabr 2026 16:53
Gündəm

HƏMAS döyüşçülərinin maşınında videosu yayılan qadının kimliyi bəlli olub – VİDEO

 

Sosial şəbəkələrdə HƏMAS döyüşçülərinin maşınında çılpaq vəziyyətdə olan və öldüyü deyilən gənc qadının kimliyi məlum olub.

Tacxeber.com “businessinsider”ə istinadla xəbər verir ki, HƏMAS döyüşçülərinin əsir götürdüyü qadınlardan biri olan şəxs almaniyalı tatu ustası Şani Loukdur. Videolarda onun üzü görünməsə də ailəsi tatularından onu tanıya bilib. O İsrailə “Sülh naminə festival”da iştirak etmək üçün gəlibmiş.

Gənc qızın ailəsi “Der Spiegel”ə açıqlamasında qızlarının qarət edilmiş ola biləcəyini deyiblər. Qəzzada Şani Loukun kredit kartından istifadə edildiyini deyən ailə qızlarının sağ ola biləcəyini düşünür.

Qızın anası Rikarda Louk Şaninin maşındakı videosunu X sosial şəbəkəsində gördüyünü söyləyib. O, həmçinin qızlarını tapmaq üçün onlara dəstək göstərilməsini xahiş edib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumları nəticəsində əsir götürülən və girov saxlanılan ən azı 100 israilli arasında qadın, uşaqlar, yaşlılar və başqa ölkə vətəndaşların olduğu güman edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor