Hadisə

HƏMƏS yaraqlıları israilli futbolçunu qətlə yetirib

 

İsraildə Fələstinin HƏMƏS yaraqlıları sabiq futbolçu Lior Assulini qətlə yetiriblər.

“Report” xəbər verir ki, bu barədə Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

Qeyd edək ki, “Hapoel”dən başqa israilli futbolçu ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Şahnin” və “Bney İyehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib. Eyni zamanda, o, 2004-cü ildə Moskvanın “Spartak” klubunun maraq dairəsində olub.

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin

Tanınmış aparıcı olmaq heç kimə qanundan üstün olmaq hüququ vermir!

redaktor