19 C
Bakı
10 Oktyabr 2026 22:24
Siyasət

“Qarabağ klanı” yenidən güclənsə, sonumuz olacaq – Qukasyan

 

Biz “Qarabağ klanı”nın yenidən güclənib hakimiyyətə gəlməsinə imkan verməməliyik, bu, Ermənistanın sonu demək olacaq.

Tacxeber.com xəbər verir ki, bunu “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan İrəvan meriyasına yenidən seçkilərin keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Mən bunu qəbul etmirəm və etmərəm də. Təhdid var, ən böyük təhlükə Robertoserjevski klanının (Robert Köçərkyan və Serj Sarqsyanı, həmçinin Ermənistandakı Qarabağ klanı nəzərdə tutulur) öz mövqelərini gücləndirmə ehtimalının olmasıdır. Mən bir müxalifət olaraq onların güclənməsini istəmirəm. Onlar Avinyandan daha təhlükəlidirlər”, – Qukasyan qeyd edib.

O əlavə edib ki, Avinyana fəaliyyətsizliyinə görə, qanunla ona bir ildən sonra etimadsızlıq göstərib vəzifəsindən uzaqlaşdırmaq olar, lakin Robertoserjevski klanı güclənərsə, bu, Ermənistanın tamamilə sonu olacaq: “Ermənistan Sünik (Zəngəzur) quberniyaya çevriləcək. O baxımdan da indi məni mer seçkiləri maraqlandırmır, 10-a qədər nə baş verəcəyi maraqlandırır”.

Tacxeber.com

Oxşar xəbərlər

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor