Dünya

Rusiya erməni yük maşınlarını buraxmır – Sanksiya?

İki həftədir ki, Ermənistandan Rusiyaya ixrac olunan müxtəlif şirkətlərə məxsus konyak dolu 60-a yaxın yük maşını Lars keçid məntəqəsindən buraxılmır.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, maşınlarda Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın “Nuh” və fransızlara məxsus “Vedi Alko” konyak zavodlarının məhsulları da var.

Saxlanma səbəbi ilə bağlı verilən məlumatda qeyd olunub ki, konyaklar orijinal və ya saxta olması ilə bağlı ekspertizadan keçirilməlidir.

Erməni mətbuatı isə bununla Rusiyanın Ermənistana elan olunmamış sanksiya tətbiq etdiyini yazıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İran adlanan ölkədə, bir yumurtanın qiymətində görünən böyük iqtisadi böhran

redaktor

Qazaxıstan (Türküstan) seçim qarşısındadır

redaktor

Zelenski: Rusiya Ukraynanın dəniz dəhlizini boğmağa çalışır

redaktor