Dünya

Bu qanun təkcə ermənilərə aid olmamalıdır – Zahid Oruc

 

“Hökumət tərəfindən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inreqrasiyası ilə bağlı  “Reinteqrasiya haqqında” qanun layihəsi hazırlanıb. Lakin bu qanun təkcə ermənilərə aid olmamalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, öz yurdundan didərgin düşən məcburi köçkünlərin də öz yurdlarına qayıdışı reinteqrasiyanın tərkib hissəsi olduğundan bunlarla bağlı məsələ də orada əksini tapmalıdır.

“Qanun layihəsində bir sıra çatışmazlıqlar var. Hesab edirəm ki, qanun layihəsini daha da təkmilləşdirilməsi istiqamətində sənədə müəyyən əlavə və dəyişikliklər edilməlidir. Qanunu elə hazırlamaq laızmdır ki, sonradan Bakıda və Respublikanın digər ərazilərində yaşamış ermənilərin reinteqrasiyasına imkan yaratmamalıdır”, – deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki böyük müəssisəyə zərbə endirib

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin