Sağlamlıq

Dodaqlardakı bu dəyişlikliklər təhlükəli xəstəlikdən xəbər verir

 

İnsanın dodaqları onun sağlamlıq güzgüsüdür, onlar hətta pnevmoniya, xərçəngi belə göstərə bilər.

“Medicina” xəbər verir ki, terapevt Aleksandra Belova dodaqlardakı təhlükəli simptomlardan açıqlayıb.
Pnevmoniyanın dodaqda əlaməti:

Ağciyər iltihabi xəstəliklərində, virusa yoluxma zamanı, xüsusən uşaq və yaşlılarda dodaqlar göyərir, buz kimi soyuq olur. Eləcə də qabıqlanır, quruyur. Göyərmiş dodaqlar sianoz adlanır, bu artıq hipoksiya əlamətidir.

Xərçəng: Onkoloqlar bildirir ki, son 15 ildə ağız boşluğu, dil, damaq xərçəngi çox yayılıb.

Bu zaman xərçəng dodaqlara da keçir, adətən alt dodaqda. Günəşdə çox olmaq, qaralmaq, ultrabənövşəyi şüaların təsiri, siqaret bu riski artırır. Bu zaman dodaqlarda sağalmayan xora yaralar çıxır, bu yaralar sizi incidir.

Mədə-bağırsaq, qıcıqlanmış bağırsaq sindromunda ağız kənarlarında ağrılı çatlar, qırmızı quru ləkələr, çatlar əmələ gəlir.

Ağız künclərində ağrılı sıyrıntılar B qrup vitamini defisiti və göbələkdə də olur.

Tacxeber.com

Oxşar xəbərlər

Soyuqdəymənin (Qrip) səbəbləri nələrdir? Soyuqdəymənin müalicəsi və əlamətləri

redaktor

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor