Sağlamlıq

Çaxır və pivənin ağlagəlməz faydası açıqlandı.

Rusiyanın məşhur həkimi pivə və çaxırda damar iltihabına qarşı əks –təsir göstərdiyini açıqlayıb.

“Medicina” xəbər verir ki, kardioloq Aleksandr Myasnikov bu içkilərin damar sisteminə yaxşı təsir etdiyini bildirib.

“Alkoqollu olmasına baxmayaraq, pivə və şərabı qoz, meyvə, tərəvəz, süd məhsulları ilə bir sıraya qoya bilərəm.

Çünki şərab və pivə qəbulu aorta anevrizması riskini azaldır.

Anevrizma iri aorta damarında şişkinlikdir. Bu zaman o damar tıxana, partlaya bilər. Anevrizma damar divarının cırılmasıdır. Nəticədə çox hallarda xəstə ölür.

Anevrizmanın səbəbi az hərəkətlilik, təzyiq, qidalanma, siqaretdir.

Pivə və şərabın tərkibində polifenollar olduğu üçün bağırsaqda faydalı flora yaradır, o da öz növbəsində iltihab əleyhinə, antioksidant təsir edir.

Ona görə də çox doza olmadan, arada pivə və çaxır içmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Soyuqdəymənin (Qrip) səbəbləri nələrdir? Soyuqdəymənin müalicəsi və əlamətləri

redaktor

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor