28 C
Bakı
24 Avqust 2026 11:55
Hadisə

Adapteri cərəyana qoşanda partlayış oldu: Kürdəmirdə ər-arvad ölümünün TƏFƏRRÜATI

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib. “Qafqazinfo” xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor