16 C
Bakı
27 Sentyabr 2025 05:55
Dünya

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmək istəyənlər saxlanılıb

 

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.

Tacxeber.com

Oxşar xəbərlər

Günəşdə son 7 ilin ən güclü alışması olub

redaktor

Tramp: “Hər kəs istəyir ki, mən 2028-də namizəd olum”

redaktor

Prezident bu hərbi qulluqçuları təltif etdi – Siyahı

redaktor