İdman

Azərbaycanlı xanəndənin idmanda böyük uğuru – FOTO

 

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov böyük uğura imza atıb.

Pərviz Qasımov Dubayda keçirilən “Dubai Pro” bodibildinq yarışında 49 ölkə arasında finala – 4-cü yerə çıxıb.

“20 ildir ki, bodibildinqlə məşğul oluram. İlk dəfədir yarışa çıxıram. 49 ölkə arasında Azərbaycanı finala çıxardım. Finalda dördlüyə düşdüm. Gələn il keçiriləcək Olimpiadaya vəsiqə qazandım. Yarışda ilk azərbaycanlı olaraq tarixə düşdüm. Bu, ilk yarış üçün böyük bir uğurdur. Qələbəmi şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

 

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor