Sağlamlıq

Əzələ və sümüklərin ağrıması bu vitamin əskikliyindəndir.

D vitamini əskikliyinin bədəndə xoşagəlməz və ağrılı simptomları açıqlanıb.

Nutrisoloq Yuliya Savelyeva soyuq aylarda D vitamin əlavəsi qəbul etməyin vacibliyini bildirib.

“D vitamini əskik olanlar qrupuna hamilələr, südverən analar, açıq havada az olanlar, xəstələr, yaşlılar, uşaqlar, vegeterianlar, zəif qidalananlar və öd kisəsi əməliyyat olunanlar daxildir.

Bəzən insanlarda depressiya, əhvalsızlıq, sümük, əzələ ağrıları olur və bunu başqa səbəblərə yozurlar.

Əgər sizdə bu əlamətlər varsa, deməli D vitamini əskikdir.

– Tez-tez əhvalın pisləşməsi

– İştahın itməsi

– Əzələlərdə qıcolmalar, ağrı

– Yuxusuzluq

– Həyəcan, təşviş

– Sümüklərdə ağrı

Özünə nəzarəti itirənlərdə qanda bu vitamin çox aşağıdır. D vitamini əlavəsi ilə yanaşı ət, süd məhsulu, yağlı balıq, balıq qaraciyəri və yumurta sarısı yemək lazımdır”. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər

Soyuqdəymənin (Qrip) səbəbləri nələrdir? Soyuqdəymənin müalicəsi və əlamətləri

redaktor

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor