19 C
Bakı
10 Oktyabr 2026 20:04
İdman

Bəhlul əsas heyətdə yoxdur.

“Qarabağ” bu gün “Mölde” (Norveç) Avropa Liqasının qrup mərhələsinin oyununa ciddi ciddi itki ilə çıxacaq.

Komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əsas heyətdə yer almayıb. Zədəsini tam sağaltmayan futbolçunun adı yalnız ehtiyat oyunçular sırasında qeyd olunub. Onun ümumiyyətlə, oyunu buraxmaq ehtimalı da var.

Bəhlulu əsas heyətdə Maksim Medvedev əvəzləyib.

B.Mustafazadə ötən həftə “Sabah”la Misli Premyer Liqasının 6-cı turunun “Sabah”la oyununda zədələnib və 57-ci dəqiqədə məcburi əvəzlənib.

Xatırladaq ki, “Qarabağ” – “Mölde” matçı saat 20:45-də başlanacaq.  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin