Siyasət

“Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur”

 

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Qarabağda baş verən hadisələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, gürcü siyasətçi bu barədə öz feysbuk hesabında paylaşım edib.

“Bu gün nə baş verir? Azərbaycan, nəhayət, öz torpaqlarını geri qaytarır, Ermənistan Rusiyanın yüzillik əsarətindən xilas olur, Ukrayna hərbi və diplomatik cəbhədə uğurla irəliləyir”, – deyə Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstana gəldikdə isə ölkə dövlət müstəqilliyini itirir.

“Hərəkətə keçmək vaxtıdır!” – deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Dünən susan dillər, bu gün nərildəyən mikrofonlar…

redaktor

Rauf bəy, Zəfərə görə İlham Əliyevin qarşısında ehtiramla baş əyirəm. Bəs qalib xalq necə yaşayır?

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor