20 C
Bakı
10 Oktyabr 2026 19:13
Dünya

Separatçılar təslim oldular – RƏSMİ

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor