İdman

“Qarabağ”ın legioneri Azərbaycan millisində oynayacaq?

Abdullah Zubir beş ildir ki, “Qarabağ”ın formasını geyinir. Onun milliləşdiriləcəyi və Azərbaycan yığmasına cəlb olunacağı gündəmdədir.

Sportal.azsaytına verilən məlumata görə, AFFA fransalı legioneri milliləşdirməyi planlaşdırmır. Məlumata görə, 31 yaşlı futbolçu millimizin çalışdırıcısı Canni De Byazinin də planlarına daxil deyil. Amma o, ölkə çempionatında yerli statusunda oynamaq imkanına sahibdir. Bunun üçün isə futbolçu özü təşəbbüs göstərməlidir.

Qeyd edək ki, Zubir “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans”da oynadıqdan sonra 2018-ci ildə “Qarabağ”a keçmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Hapoel” azarkeşləri durmadan Bakıya gəlir

admin

“Azərbaycan millisindən gələcək təklifə məmnun olaram” – Eren Aydın

admin

Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir

admin