22.6 C
Bakı
29 İyun 2026 08:27
Dünya

Paşinyan Putinə məktub göndərib – Erməni nəşrdən SENSASİON İDDİA

 

Paşinyan Putinlə telefon danışığı etmək istəyib, lakin Kreml ona cavab verməyib, bundan sonra o, Rusiya prezidentinə geniş məktub göndərib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Ermənistan hökumətinə yaxın mənbələrinə istinadən yazır.

Məktub barədə məlumat Putinin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışından sonra ortaya çıxıb.

Nəşrin yazdığına görə, bu məktubda Nikol Paşinyan son vaxtlar Ermənistanda müşahidə olunan anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışaraq onların Rusiyaya qarşı yönəlmədiyini bildirib.

Bundan əlavə, qəzet hesab edir ki, sentyabrın 9-dan sonra Paşinyanın Rusiyaya qarşı ritorikası nəzərəçarpacaq dərəcədə yumşalıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya tərəfi gündə təxminən 1000-1100 əsgər itirir, əksəriyyəti ölümcüldür”

admin

ƏRDOĞANIN VARİSİ… – Britaniya nəşri mümkün namizədləri açıqladı

redaktor

“Kalibr” raketlərinin yaradıcısı vəfat etdi

redaktor