24 C
Bakı
22 İyun 2025 13:29
Dünya

Paşinyan Putinə məktub göndərib – Erməni nəşrdən SENSASİON İDDİA

 

Paşinyan Putinlə telefon danışığı etmək istəyib, lakin Kreml ona cavab verməyib, bundan sonra o, Rusiya prezidentinə geniş məktub göndərib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Ermənistan hökumətinə yaxın mənbələrinə istinadən yazır.

Məktub barədə məlumat Putinin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışından sonra ortaya çıxıb.

Nəşrin yazdığına görə, bu məktubda Nikol Paşinyan son vaxtlar Ermənistanda müşahidə olunan anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışaraq onların Rusiyaya qarşı yönəlmədiyini bildirib.

Bundan əlavə, qəzet hesab edir ki, sentyabrın 9-dan sonra Paşinyanın Rusiyaya qarşı ritorikası nəzərəçarpacaq dərəcədə yumşalıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu HƏMAS-ın “şah damarları”nı ƏLƏ KEÇİRDİ.

admin

Nazirlikdən “TikTok“-la bağlı açıqlama: “Hələ…“

redaktor

Bakıda xərçəng xəstəliyinə tutulan və istefa verən səfir KİMDİR? – DOSYE

redaktor