Dünya

“Ukrayna iki istiqamətdə hücum edərək Rusiya qoşunlarını taqətdən salır” – Britaniya kəşfiyyatı

“Dislokasiyanın bu cür yerdəyişməsi Rusiya ordusunun cəbhənin digər sahələrində özünün hücum əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır…”

“Əgər biz səmada yoxuqsa, Rusiya varsa, onlar bizim əkshücumumuzu səmadan dayandırır…”

“Sanksiyalardan tutmuş silah tədarükünədək bütün proseslər mürəkkəbləşir və ləngiyir…”

Ukrayna eyni vaxtda iki istiqamətdə uğurlu hücum əməliyyatlarını davam etdirir.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bugünkü hesabatında deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rabotino kəndindən şərqə doğru Rusiyanın çoxsəviyyəli müdafiə xəttinə girib və taktiki hücumunu davam etdirərək Rusiya qoşunlarını taqətdən salır.

Həmçinin Donetsk vilayətində Ukrayna hərbçiləri Baxmutdan cənuba doğru Rusiyanın mövqelərinə təzyiq edir, Kleşşyovka və Andreyevka arasında tədricən irəliləyir.

Briyaniyalı hərbçilərin yazdığına görə, hər şeydən göründüyü kimi, Rusiya Rabotino ətrafında taqətdən düşmüş bölmələrini əvəzləmək üçün cəbhənin digər sahələrindən cənuba qüvvələr göndərib.

Hesabatda deyilir ki, dislokasiyanın bu cür yerdəyışməsi Rusiya ordusunun cəbhə xəttinin digər sahələrində özünün hücum əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır.

Bu yerdəyişmə Rusiyanın müdafiə xətlərinə, xüsusilə Rabotino ətrafında güclü təzyiq göstərilməsinin əlamətidir.

Qeyd edək ki, bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə “Avropanın Yalta strategiyası” illik beynəlxalq konfransında çıxış edərkən bəyan edib ki, Ukrayna ordusunun hücumunun qarşısını alan rusiyalıların hava məkanında üstünlüyüdür.

O, Qərbi “silah qətiyyətsizliyində” qınayıb. Zelenski müttəfiqlərinə yardıma görə minnətdarlıq edərək, ötəri olaraq bu yardımın getdikcə ləng olmasına işarə edib.

“Əgər biz səmada yoxuqsa, Rusiya varsa, onlar bizi səmadan dayandırır. Bizim əkshücumumuzu dayandırır”, – Zelenski deyib.

“Zaman keçdikcə daha çox insan əzab çəkir. Silah necə təsir edir? Konkret və birbaşa, heç bir mücərrədsiz və ritorikasız. Konkret silahın konkret təsiri var. Silah nə qədər güclü və uzaqvuran olarsa, əkshücum bir o qədər sürətli olacaq”, – Zelenski qeyd edib.

“Müharibə ləngiyir, bu, var, bunu etiraf edirik. Sanksiyalardan tutmuş silah tədarükünədək bütün proseslər mürəkkəbləşir və ləngiyir.

Tərəfdaşlarımızdan bəziləri deyəndə ki, orada əkshücumla bağlı nələr yaşanır, növbəti addım nə zaman olacaq, mən belə cavab verirəm: bu gün üçün bizim addımlarımız, yəqin ki, yeni sanksiyalar paketlərindən daha sürətlidir”, – Zelenski deyib.

Tacxeber.com

Oxşar xəbərlər

İran rejimi etirazlarla bacarmır: Xamneyidən şok çağırış

redaktor

ABŞ ilə İran arasında atəşkəsin sonuna çox az qalıb.

admin

Mişel Platininin medal və kubokları oğurlandı.

admin