Dünya

İğtişaşları sakitləşdirmək üçün Xamenei özü sakinlərlə görüşəcək – VİDEO

 

Sentyabrın 11-də İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei sünni bəluclarin yaşadığı Sistan və Bəlucistan əyalətinin sakinləri ilə görüşəcək.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İclasın məqsədi İranın şərqindəki əyalətlərdə böyük iğtişaşlar riskini azaltmaqdır.
Bu əyalət İranda hökumət əleyhinə mitinqlər zamanı ən böyük etiraz nöqtəsi hesab olunurdu. Məhz Sistan və Bəlucistanın paytaxtı Zahedan şəhərində “Qanlı Cümə” kimi tanınan hadisələr baş verib. 2022-ci il sentyabrın 30-da polisin nümayişçilərə qarşı vəhşicəsinə müdaxiləsi zamanı ən azı 35 nəfər həlak olub. Bu hadisədən sonra əyalətdə hər həftə cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirilir.

 

 

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin