22.5 C
Bakı
28 İyun 2026 13:17
Hadisə

Rusiyada koronavirus peyvəndinin istehsalı üzrə müəssisənin rəhbəri itkin düşüb

 

Rusiyada hepatit, zöhrəvi xəstəliklər və koronavirusa qarşı dərmanların hazırlandığı Federal Tibbi və Bioloji Agentliyinin Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Serumlar İnstitutunun direktoru Viktor Truxin Moskvada itkin düşüb.

Verilən məlumata görə, Viktor Truxini sonuncu dəfə dörd gün əvvəl görüblər.

V.Truxinin qızının sözlərinə görə, o, atasını sonuncu dəfə sentyabrın 3-də görüb. Ertəsi gün artıq onunla əlaqə saxlamaq mümkün olmayıb, lakin sosial şəbəkələrdə Viktorun sonuncu dəfə ayın beşində onlayn olduğunu görmək olar. Atasından bir xəbər ala bilmədiyi üçün o, polisə ərizə yazıb.
Xatırladaq ki, Viktor Truxin Nikaraqua Respublikasının Sankt-Peterburqdakı fəxri konsuludur. Epidemiya zamanı o, Latın Amerikasında hepatit, vərəm, qrip və digər xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasında və onların materikin əlçatmaz yerlərinə çatdırılmasında fəal iştirak edib.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafadan əvvəl güllələnən deputat – O, evinin qarşısında öldürülmüşdü

redaktor

Karikaturaya görə həbs

admin

Mənsimov “Xəzər Lənkəran”ı gizlicə kimin adına keçiribmiş? – Görün, nələr var!

admin