Şou

Arnold Şvartsenegger ölümlə üz-üzə gəlib

Əfsanəvi aktyor Arnold Şvartsenegger ölümlə üz-üzə gəlib.

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə izləyiciləri ilə söhbət edərkən danışıb. O, hadisənin 2018-ci ildə “Terminator: Qaranlıq tale” filminin çəkilişindən əvvəl baş verdiyini bildirib:

“Çəkilişlərə başlamazdan əvvəl üçüncü açıq ürək əməliyyatımı xatırlayıram. Mən çox narahat idim. Narkozdan oyananda həkimlər hər şeyin planlaşdırdıqları kimi olmadığını bildirdilər. Əməliyyat zamanı səhvə yol verərək ürəyimin divarını deşmişdilər, az qala öləcəkdim. Daxili qanaxma səbəbindən həyatımı xilas etmək üçün orqanı təcili açmaq lazım idi. Bu, yaşadığım bir fəlakətdir”.

Tacxeber.com

Oxşar xəbərlər

İran Hörmüz boğazını bağladı

redaktor

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

redaktor

“O, əlbəttə, köpəyoğludur, amma bizim köpəyoğludur”

redaktor