GündəmSiyasət

“Arvadım seks kasetinə baxıb dedi ki, sən deyilsən…”

“Arvadım seks kasetinə baxıb dedi ki, sən deyilsən...”

Türkiyədə prezidentliyə keçmiş namizəd, Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce təbliğat-təşviqat dövründə “əleyhinə yönəlmiş qarayaxma kampaniyası barədə” danışıb.

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seks kaseti skandalına aydınlıq gətirib.

“Arvadıma dedim ki, bax, seks kasetim çıxıb. Baxdı. Dedi ki, yox, bu sən deyilsən. Soruşdum ki, nədən bildin? Qayıtdı ki, birincisi, sən saat taxan deyilsən. İkincisi, sənin qoltuğun tüklü olmur”, – İnce söyləyib.

Xatırladaq ki, Muharrem İnce seçkilərin ilk turuna bir neçə gün qalmış namizədliyini geri çəkdiyini açıqlayıb. İkinci turda isə hər hansı namizədin xeyirinə çağırış etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı ifadə verib

admin

Sürücüsüz taksilərə yumurta hücumu: 30 hadisədə eyni şəxsdən şübhələnirlər

admin

Almaniyadakı siyasi fəaliyyətinə görə Azərbaycanda ailəsinə təzyiqlər: Vüsal Hüseynov atasının ölümü və əmlakının ələ keçirilməsi barədə danışır

admin