Dünya

Yazdığı statusa görə edam ediləcək – Tarixdə ilk

 

Səudiyyə Ərəbistanında “X” sosial şəbəkəsində (Keçmiş “Twitter”) hökuməti tənqid edən yazılar paylaşan Mohammad Alqhamdi adlı müəllim edam cəzasına məhkum edilib.

Tacxeber.comxarici mediaya istinadən xəbər verir ki, bununla da tarixdə ilk dəfə bir şəxsin sosial şəbəkədəki paylaşımlarına görə ölüm cəzasına məhkum edildiyi qeydə alınıb. Səudiyyə hökumətinin X-də istifadəçilərin məlumatlarını necə əldə etdiyi məlum deyil. Digər hallarda səudiyyəli istifadəçilərin şəxsiyyətlərinin hökumətə sızdırıla biləcəyi və onların da uzun müddətə həbs oluna biləcəyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl FTB-nin şikayəti və ABŞ-da federal araşdırma nəticəsində keçmiş “Twitter” əməkdaşı rüşvət qarşılığında məxfi istifadəçi məlumatlarını Səudiyyə hökumətiə satmaqda təqsirli bilinib.

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin