24.3 C
Bakı
10 İyun 2026 11:32
CəmiyyətGündəm

Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü – FOTOLAR

Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü - FOTOLAR

Təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyeva ilə görüşüb.

Tacxeber.comxəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib.

“Görüş zamanı müəllimlərin sertifikatlaşdırılması imtahanının nəticələri və rayonda təhsilin keyfiyyəti barədə fikir mübadiləsi apardıq.

Sertifikatlaşdırmada ölkə üzrə ən yüksək nəticə əldə edən müəllimlərdən biri olan Südabə Qazıyeva həm də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır”, – o qeyd edib.

Xatırladaq ki, Südabə Qaziyeva müəllimlərin sertifikasiya imtahanında 60 baldan 59 bal toplayıb.


Oxşar xəbərlər

Azərbaycanda ilin ən qalmaqallı hadisələri – VİDEO

redaktor

Ramiz Mehdiyev fenomeni: sistem daxilində yüksəliş və süqut

redaktor

Hüquq müdafiəçisi Rüfət Səfərova 9 il həbs cəzası istənilib

redaktor