31 C
Bakı
23 Avqust 2026 17:03
Hadisə

Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal – Oğlunun kürəyi yandırılıb

 

Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor