Dünya

Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı – FOTO

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın həbsxanadan paylaşdığı fotoya münasibət bildirib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden Trampı “yaraşıqlı oğlan” adlandırıb: “Yaraşıqlı, yaxşı oğlandır”.

Onun sözlərinə görə, Trampın fotosunu televizorda görüb.

Xatırladaq ki, Donald Tramp avqustun 25-i Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun burada 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib. Onun fotosu çəkilib və barmaq izləri alınıb. Tramp daha sonradan burada çəkilən fotonu öz “X” hesabında paylaşıb.

 

 

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor