22.8 C
Bakı
10 İyun 2026 00:38
Dünya

Priqojinin ikinci təyyarəsi Bakıda nə edir?

Priqojinin ikinci təyyarəsi Bakıda nə edir?

“Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.

Rusiya mənbələri bildirirlər ki, bu,  “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.

Avqustun 23-də ikinci Embraer Priqojinin təyyarəsinin ardından Moskvadan Sankt-Peterburqa uçub. Lakin Prigojinin təyyarəsi qəzaya uğrayandan sonra ikinci təyyarə Moskvaya qayıdıb və növbəti gün Bakıya uçub.

Flightradar-ın məlumatına görə, pilot Arslan İslamovun idarə etdiyi həmin Embraer-135 BJ Legacy təyyarəsi avqustun 25-də yerli vaxtla saat 15:00-da Bakıdan Moskvaya uçacaq, Moskva vaxtı ilə saat 17:03-də Moskvaya çatmalıdır.

Bu təyyarə ilə Bakıya gələn sərnişinlər haqda heç bir məlumat yoxdur.Turan.az

Tacxeber.com

Oxşar xəbərlər

Rusayada artıq xarici vətəndaşlar da hərbi xidmət də olacaqlar.

admin

Durovun sevgilisinin harada olduğu məlum oldu

redaktor

Türk astronavtlar ailələri ilə belə vidalaşdılar – ANBAAN VİDEO

redaktor