Dünya

Yunanıstan dövlət kanalının aparıcısının sözləri beynəlxalq qalmaqala səbəb oldu

“Yeganə yaxşı cəhət odur ki, Dadia Meşəsində həlak olan 18 nəfərdən başqa insan həyatına yas tutmamışıq”.Tacxeber.com Sabah” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Yunanıstanın rəsmi dövlət kanalı ERT-nin aparıcısı Alexandras Douvara söyləyib.Belə ki, onun meşə yanğınlarında həlak olan immiqrantlar üçün işlətdiyi ifadələr gündəm olub.Aparıcının sözləri beynəlxalq qalmaqalla yanaşı, yunan mətbuatında da böyük əks-səda doğurub.O, irqçiliyi qızışdırmaqda günahlandırılıb.Radikal Sol Koalisiyasının (SYRIZA) Mətbuat sözçüsü Stergios Kalpakis rəsmi feysbuk hesabından sərt münasibət bildirib.”Bu dəhşətli cümləni ERT xəbər bülleteninin aparıcısı səsləndirib. Hadisə zamanı ölən 18 nəfər adam deyilmi? Deməyə söz yoxdur.Dövlət televiziyasının etməli olduğu birbaşa üzr istəməkdir. Heç bir insan həyatı digərlərindən az əhəmiyyətli deyil. Güc və mərhəmətin milliyyəti yoxdur. Ölkə üçün bu kritik saatlarda heç olmasa, insanlığımızı yaşadaq”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor