19 C
Bakı
28 Sentyabr 2026 05:15
Dünya

Qarabağda aktivləşən erməni quldur görün kim imiş – FOTO – VİDEO

Qarabağda müvəqqəti məskunlaşan Rusiya sülhməramlı kontingentinə qarşı aktiv iştirak edənlərdən biri qanunsuz quldur dəstənin üzvlərindən biri olubmuş.

Tacxeber.com xəbər verir ki, rus hərbçilərinin yolunu kəsən erməni terrorçu Norik Petrosyan həm də iyun ayında Azərbaycanın Qarabağ bölgəsini atəşə tutmasının videosunu yayıb.

Hazırda o, Artur Osipyanın arxasınca düşüb, Rusiya əleyhinə aksiyalarda iştirak edir.

Məlumat üçün bildirək ki, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının dəfələrlə silah daşıdığı üzə çıxıb.

Bunu təsdiqləyən görüntülər qeydə alınıb. Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşımasına yardım edirlər.

Maraqlıdır ki, bütün bunlardan sonra ermənilər sülhmərımlılardan daha hansı yardımı gözləyirlər…

 

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor