28 C
Bakı
13 Avqust 2025 22:04
Siyasət

Ermənilər Laçınla sərhəddə hərbi texnika yığır: Nə baş verir? – Video

Ermənilər Laçınla sərhəddə hərbi texnika yığır: Nə baş verir? - Video

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində, Qorunzurda əlavə qüvvə və hərbi texnika toplayır.

Tacxeber.com xəbər verir ki, bu barədə “Caliber.Az” “Telegram” kanalı məlumat verib.

Texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd “KamAZ” markalı hərbi maşın, həmçinin döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobil komanda heyəti ilə birgə kolon şəklində hərəkət edir.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər olan müddətdə də ermənilər tərəfindən analoji hərəkətlər müşahidə olunurdu.

Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. İstisna deyil ki, Ermənistan hakimiyyəti öz beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırlayır.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvilidən Paşinyana: Qaç!

admin

Baş nazir Rusiya həmləsindən ehtiyyatlanaraq konservləşdirilmiş qidalar toplayır.

admin

Artıq masaya daha ciddi kompramatlar qoyulur.

admin