26 C
Bakı
28 Sentyabr 2026 14:53
Dünya

İrəvanda “Xaçlılar” dəstəsinin  üzvləri həbs olundu – Video

İrəvanda “Xaçlılar” dəstəsinin  üzvləri həbs olundu - Video

Ötən gün İrəvanın mərkəzində Laçın yolunu güc yolu ilə açmağı tələb edən Sarqis Poqosyan və bəzi tərəfdarları İrəvan polisi tərəfindən həbs edilib.

Tacxeber.com“Sputnik Armenia”ya istinadla xəbər verir ki bu barədə Ermənistan Polisi məlumat yayıb.

Xatırladaq ki, dünən S. Poqosyanın rəhbərlik etdiyi “Xaçlılar” dəstəsinin bir sıra üzvləri İrəvanda etiraz aksiyası təşkil ediblər. Onlar Paşinyan hökumətinə yolun açılması üçün saat 18:00-a kimi vaxt verdiklərini bildirmişdilər.

Həmçinin portal yazır ki, Qarabağ müharibəsində iştirak etmiş keçmiş hərbçilər ötən gün etiraz aksiyasından sonra “Yerablur” hərbi panteonuna gediblər.

Etirazçıların bu gün Azərbaycanla sərhəddə yerləşən Kornidzor qəsəbəsinə gələcəyi qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor