Bibəriyyə o qədər faydalı bir bitkidir ki, faydalarını saymaqla tükənməz. Bibəriyyə revmatizmdən əziyyət çəkənlər üçün əvəzolunmaz bir nemətdir, nəinki revmatizm bütün iltihabi xəstəliklər üçün çox faydalıdır.
Bibəriyyə çox güclü immunitet artırıcıdır. Ən azından bu faydasına görə heç olmasa, həftədə 1-2 dəfə bibəriyyə çayını içməyə dəyər. Eyni zamanda əsəb sakitləşdiricidir. Əgər axşam yatmağınızda problem varsa, çox əsəbləşirsinizsə sizin üçün çox faydalı olacaq.
Saç tökülməsinə qarşı da bibəriyə çox faydalıdır. Belə ki, bibəriyə saç köklərini dərinləşdirir, kəpəklənməni götürür. Yuduqdan sonra 1 xörək qaşığı bibəriyəni 1 stəkan suda dəmləyin və sonda saçlarınızı bu su ilə yaxalayın. Dəri səpmələrində, qaşınmalarda, diatezlərdə bibəriyə dəmləməsində isladılmış pambıq əskini dəri üzərinə qoyun. Bibəriyə dəmləməsi ilə boyunu, saç diblərini, qulaq diblərini masaj edən zaman baş ağrısı keçir. Bibəriyə 15 əsrdir ki xalq təbabətində istifadə olunur. Sübut olunub ki, 2-3 gündən bir bibəriyə çayı içən adamlarda skleroz və Altsheymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər üçün də faydalıdır, belə ki, başqa arıqladıcı vasitələrdən fərqli olaraq o, işlədici təsir göstərmir. Yalnız iştahanı zəiflədir.