22.8 C
Bakı
10 İyun 2026 02:12
Dünya

Ağır zərbə: Rusiya yeganə dostunu da itirir

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərin fikrincə, Çin nümayəndələri sammitdə konstruktiv olduqlarını göstərməyə çalışıblar. Avropalı rəsmilərə görə, bu, Rusiyanın dünyada təcridinin güclənməsini göstərdi.

Eyni zamanda, Çin nümayəndə heyəti Rusiyanın iştirakı olmadan keçiriləcək oxşar digər formatlara da qatılmağa hazır olduqlarını bəyan edib.

Rusiya mənbələr isə Çinin bu ilin fevralında irəli sürdüyü 12 bəndlik Ukrayna ilə bağlı “sülh planı”nı Moskvanın rədd etdiyini bildiriblər. Öz növbəsində Çinin bəzi siyasi elitaları Ukraynadakı müharibənin həlli ilə bağlı Rusiya rəhbərliyinin mövqeyindən qapalı şəkildə narazılıqlarını çatdırıblar.

Ekspertlərin fikrincə, bütün bunlar Çinin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmədiyi ehtimalını təsdiqləyir. Bundan əlavə, Moskva-Pekin əlaqələri Kremlin dediyi kimi, heç də “sərhədsiz” deyil.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Zelenskini aradan götürə bilər – Bennett

redaktor

Sırskı: Müharibəni yalnız Ukraynanın şərtləri ilə başa vurmaq mümkündür

redaktor

Dəniz quldurları rusların gəmisini ələ keçirdi

redaktor