25.7 C
Bakı
13 İyun 2026 22:41
Dünya

“BQXK-nin Qarabağa Ağdamdan girməsinə ancaq bu şərtlə razıyıq…”- Petrosyandan həyasızlıq…

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı yanındakı qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan  Azərbaycan dövlətinə şərt irəli sürmək həyasızlığı edib.

Tacxeber.com xəbər verir ki, “Aysor” nəşrinin yazdığı məlumata görə bu haqda o,  öz “Facebook” səhifəsində yazıb.

T.Petrosyan bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam vasitəsilə Qarabağa daxil olması hayklar üçün yalnız bir halda – Vaqif Xaçatryanın geri qaytarılması halında məqbul ola bilər.

“Bütün digər hallarda bu, erməniləri inteqrasiyaya məcbur etmək üçün növbəti addım olacaq”- deyə separatçı çərənləyib.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə həm Rusiya “sülhməramlı” kontingentinə, həm də Qarabağda məskunlaşmış  hayklara Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu ilə ərzaq, dərman və s. təchizatının, eləcə də BQXK vasitəsilə humanitar yardımın çatdırılmasının mümkünlüyünü çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sarayevo qətli – Yadigar Sadıqlı

admin

Britaniyalılar yeni Baş nazirdən narazıdır

redaktor

Rusiya Qərbə cavab olaraq orta mənzilli raketlərin yerləşdirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırır

redaktor